RU
Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
19:00
497

Minskdə MDB Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qoşulmama Hərəkatının yubiley toplantısında iştirak edəcək.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün brifinqdə bildirib.

"Oktyabrın 11-də Belqrada işgüzar səfəri çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə keçiriləcək yüksək səviyyəli yubiley toplantısında iştirak edəcək”, - o qeyd edib.

XİN rəsmisi vurğulayıb ki, oktyabrın 14-də Rusiya XİN rəhbəri Minskdə keçiriləcək MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

M. Zaxarovanın sözlərinə görə, S. Lavrov dekabrın 12-də isə Qazaxıstanın paytaxtı Nur-Sultana səfər edəcək. Rusiya XİN rəhbəri burada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ