RU
Miqranta badalaq vuran jurnalist işdən qovuldu
12:36
1162

Miqranta badalaq vuran jurnalist işdən qovuldu

Macarıstanın milli televiziyası olan “N1TV” kanalının əməkdaşı Petru Laslo polislərdən qaçan və əlində körpəsi olan miqranta badalaq vuraraq, onu yerə yıxdığı üçün işdən qovulub.

Bu anı əks etdirən videogörüntü sosial şəbəkələrdə əks-səda doğurduqdan sonra televiziya rəhbərliyi onu işdən çıxarmalı olub.

“Bizim həmkarımız Reske düşərgəsində (mühacirlərin saxlanıldığı yer) özünü düzgün aparmadı”, - kanalın baş redaktoru Saboş Kişber deyib.

Yayılan başqa görüntülərdə isə jurnalist xanımın Yaxın Şərqdən gələn miqrantları təpiklədiyi görünür.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ