Almaniya kansleri Angela Merkel şənbə günü etdiyi ənənəvi videomüraciətində Avropada miqrantların ədalətli şəkildə paylanmasının vacibliyini bəyan edib.
Bu zaman Merkel bütün Avropa dövlətlərinə olmasa da, ən azından Şengen sazişi imzalayan ölkələrə müraciət edib.
"Biz miqrantların bölüşdürülməsi haqda bir daha, təzədən danışmalıyıq - bu, bütün Avropa dövlətləri üçün ümumi məsələdir", - qeyd edib kansler.
Bu ilin əvvəlindən 758 min qaçqın Almaniyadan sığınacaq istəyib./milli
7news.az








