RU
Miqrantların növbəti faciəsi -
21:48
555

Miqrantların növbəti faciəsi -

Yunanıstan sahillərində içərisində miqrantlar olan qayıq aşıb.

7news.az-ın ans press-ə istinadən məlumatına görə hadisə nəticəsində azı 28 nəfər həlak olub. Qayıqda olan 68 nəfəri xilas etmək mümkün olub, 29 nəfər isə özləri sudan çıxa biliblər.

Miqrantların hansı ölkədən olduğu hələlik məlum deyil. Qayıq Farmakonisi adası yaxınlığında batıb. Hazırda həmin ərazidə axtarış-xilasetmə işləri aparılır.

2015-ci ilin əvvəlindən Avropa İttifaqı ərazisinə 500 min miqrant daxil olub. Avropa Komissarlığının rəyinə görə hazırda müşahidə olunan miqrant böhranı İkinci dünya müharibəsi zamanından sonra dünyada qeydə alınan ikinci böhrandır.

Miqrasiya üzrə Beynəlxalq təşkilatın məlumatına görə, Aralıq dənizi vasitəsilə Avropa gələn miqrantların sayı 350 mini keçib. Onlar daha çox Yunanıstan, İtaliya, İspaniya, və Maltada məskan salırlar.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ