Türkiyənin Bodrum rayonunda Yunanıstana keçmək istəyən miqrantla dolu gəmi batıb.
Gəmidə olan 32 miqrant qaçaq yollarla Yunanıstana aid Kilimli adasına keçməyə çalışırdı. Gəmidə olan 14 nəfər xilas olunsa da, 18 nəfər Egey dənizində batıb.
Sahildən iki mil aralıda batan və taxtadan hazırlanan gəmidə Suriya, İraq və Pakistan vətəndaşları olublar./azvision
7news.az








