RU
Mir Şahin Tapqaraqoyunludan
12:36
2002

Mir Şahin Tapqaraqoyunludan

Kənd sakinləri evlərini tərk etmir.

7News.Az xəbər verir ki, Ans-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayev Goranboyun Tapqaraqoyunlu kəndindən son vəziyyət barədə məlumat verib. O, bildirib ki,  25 dəqiqə bundan əvvəl erməni silahlı qüvvələri  Azərbaycanın birtərəfli qaydada elan etdiyi atəşkəsə baxmayaraq  həmlələrini davam etdirməyə cəhd göstəriblər. Nəticədə  insanların yaşadığı Tapqaraqoyunlu kəndinin bir sıra məhəllələrinə  mərmi düşüb. Amma o, qeyd edib ki,  kənd sakinlərini öz evlərini tərk etmir.

“Amma buna baxmayaraq əhalinin  əhval-ruhiyyəsi yüksəkdir. Burad bizim yerləşdiyimiz həyətdə yaxınlaşacayıq burada yaşayan insanlardan birinə. O, öz adi həyatı ilə məşğuldur." 

Baş verən hadisə barədə danışan kənd sakini Tural Yaqubov əhali arasında əhval ruhiyyənin yüksək olduğunu və kəndi tərk etməyəcəyini deyirlər. O, bildirib ki, bu onlar üçün adi haldır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ