"İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov mediada geniş yayılmış bir yol polisinin sürücünü ələ salaraq videoya çəkməsinə sərt münasibət bildirib.
7News.az xəbər verir ki, birlik sədri bu biabrçı hərəkətə yol verən polis məmurunun cəzalandırılacağına inandığını qeyd edib:
"99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilində xidmət aparan Elvin bütün yol polisi əməkdaşlarının adına, imicinə xələl gətirib. Vətəndaşa ilk baxanda çox yazığım gəldi. Ürəyim töküldü. Amma çox utanıram onun yerinə, çox ki, o öz maşınından düşüb qanunvericiliyi pozub və yol polisi maşının yanında bu videonun yaranmasına səbəb olub. Bilmirik də qardaş, bu qədər verilişlər, bu qədər saytlar, bu qədər promo videolar hazırlanır xeyri yoxdur. Yol hərəkət qaydalarını bilmir və öz hüquqlarımızı müdafiə edə bilmirik. Bu videonun yayılmasına səbəb olan Elvin vətəndaşın şərəf ləyaqətinə, onun bu aciz vəziyyətindən istifadə etməsinə gəldikdə isə ən axırıncı hərəkəti edib ki, bunu heç bir polis əməkdaşına yaraşdırmaq olmaz. Bu kimi polis əməkdaşları rütbəli şəxslər qarşısında, bir az qanunu bilən haqqını tələb edən vətəndaş qarşısında inanın ki, vətəndaşın olduğu vəziyyətdən də pis olur. Vətəndaş ayağının altında ölüm deyir, bu çörək tapmayan adamın videosunu çəkib yayımlayır. Qanunla həllini tapacağına ümid edirəm və layiqli cəzanı alacağına inanıram”!
7News.az








