RU
“Mirhəsən Seyidovun piyadanı vurması xəbəri yalandır” - Açıqlama
12:15
220

“Mirhəsən Seyidovun piyadanı vurması xəbəri yalandır” - Açıqlama

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı mediada yayılan məlumata rəsmi reaksiya verilib.

Neftçala RİH-dən "Qafqazinfo”ya bildirilib ki, qeyd olunanlar həqiqəti əks etdirmir: "Ümumiyyətlə, belə bir hadisə baş verməyib və kökündən yanlışdır”.

İcra hakimiyyəti mətbuat nümayəndələrini dəqiqləşdirməmiş məlumatları yaymamağa çağırıb:

 

"Bu cür qərəzli informasiyaları dərc etmək qanun qarşısında məsuliyyət yaradır və həmin kütləvi informasiya vasitələri haqqında hüquqauyğun tədbirlər görüləcək”. Məlumat üçün qeyd edək ki, dünən axşam Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun avtomobillə adam vurması ilə bağlı Poliqon İnformasiya Agentliyi (pia.az) məlumat yaymışdı. Məlumat qısa zamanda ölkə mediası tərəfindən yayınlanmışvə rezonansa səbəb olmuşdu. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ