RU
Mirqədirovun işi məhkəməyə göndərildi
15:10
381

Mirqədirovun işi məhkəməyə göndərildi

Onun həbsi bir neçə dəfə uzadılıb.

Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan cinayət işi üzrə materiallar məhkəməyə göndərilib.

Cinayət işi bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, R. Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ