RU
Mirsamir Məmmədov:
13:27
1108

Mirsamir Məmmədov: "Avropa Parlamentinin anti-Azərbaycan qətnaməsinin arxasında erməni lobbisi dayanır"

Avropa Parlamentinin sentyabrın 10-da qəbul etdiyi anti-Azərbaycan qətnaməsindən danışan politoloq, siyasi ekspert Mirsamir Məmmədov bildirib ki, sözügedən qətnamə Azərbaycana qarşı hədə və təzyiq aspektindən planlaşdırılıb və düşmən qüvvələrin növbəti qara piar və təhdid kampaniyasıdır. Ekspert bildirib ki, Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı özünün şantaj və hədə xarakterli, qərəzli anti-Azərbaycan qətnaməsini qəbul etməklə bir daha düşmən niyyətini sərgilədi. Avropa Parlamentinin bu qətnaməsi Azərbaycana qarşı birbaşa təhdid və təzyiq məqsədi daşımaqdadır. Sözügedən qətnamənin arxasında erməni lobbisinin iyrənc fəaliyyəti və müntəzəm olaraq təxribat yaratmaq planları dayanır. Avropa Parlamenti Azərbaycandakı insan haqqları məsələsinə özünün birtərəfli və qeyri obyektiv, belə desək avantürist yanaşmasıyla qəbul etdiyi qətnamə heç bir əsasa və heçbir məntiqə söykənmir. Aydındır ki, erməni lobbisinin sifarişi və bilavasitə göstərişi ilə növbəti dəfə eyni qarayaxma kampaniyasını işə salmaqdadırlar. Buna bənzər anoloji hadisə bu ilin aprel ayında da İlk Avropa Oyunlarının hazırlıq öncəsi də eyni qarayaxma kampaniyasının tərkib hissəsi olaraq həyata keçirildi. Xüsusən qondarma erməni soyqırımının tanınması yönündə qətnamə qəbul edən qurum, növbəti dəfə də erməni yönümlü, anti-Azərbaycan qətnaməsini qəbul etməklə Azərbaycana qarşı kin və nifrətini bir daha göstərmiş oldu. Leyla və Arif Yunusun, Xədicə İsmayılın həbsinə etiraz olaraq beynəlxalq bir qurumun qərar qəbul etməsi bu təşkilatın bütün obyektivliyini birmənalı olaraq sual altında qoyur. Əlbəttəki bir çox suallar doğur. Azərbaycan torpaqlarının işğalçı ermənistan tərəfindən işğal olunması, erməni vandallarının Azərbaycan ərazilərində həyata keçirtdikləri dəhşətli vəhşiliklər və 1 milyon soydaşımızın öz dədə-baba torpağından və evindən qaçqın düşməsi faktına nədən Avropa Parlamenti hüquqi və siyasi qiymət vermir? Əgər sözügedən təşkilat insan haqqları və beynəlxalq hüquq normalarının qorunması tendensiyalarından çıxış edirsə, Leyla Yunus və Xədicə İsmayılın həbsinə reaksiya verdiyi kimi, hətta daha irəli gedərək qətnamə qəbul etdiyi kimi, erməni vəhşiliyinə də hüquqi qiymət verməyə beynəlxalq hüquq normaları baxımından borcludur. Avropa Parlamentinin iki şəxsin müdafiəsi fonunda Azərbaycana qarşı düşmən mövqedən çıxış edərək şantaj və təhdid xarakterini əks etdirən qətnamə qəbul etməsi çox qaranlıq məqamları ortaya çıxarmış olur. Əgər Avropa Parlamentini həqiqətən insan haqqları məsələsi maraqlandırırsa o zaman işğalçı ermənistana qarşı bu kimi minlərlə qətnamə qəbul etməlidir. Amma göründüyü kimi, ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü məsələsində, Qarabağ məsələsində beynəlxalq hüquq normalarınının bütün elementləri kobud şəkildə pozulub. Avropa Parlamenti nəinki ermənistanın hərbi cinayətlərinə fikir bildirir, əksinə olaraq erməni lobbisinin diktəsi təlqinləri ilə hərəkət etdiyi çox açıq şəkildə görünür. Bu qətnamənin qəbul olunması sadəcə Azərbaycana qarşı düşmən qüvvələrin və xüsusən erməni lobbisinin şantaj və qarayaxma, nüfuzdan salma, təhdid və təzyiq məqsədini özündə daşıyır. Odurki bu kimi qərəzli, qeyri obyektiv və şantaj dolu fikirlərin yer aldığı bir qətnamənin Azərbaycan ictimaiyyəti üçün heç bir əhəmiyyəti yoxdur və bu kimi bütün qərəzli ittihamlar rədd edilir. Avropa Parlamentinin azadlığa çıxmasını tələb etdiyi şəxslər birbaşa cinayət əməlinə görə həbs olunub və bütün faktlarla cinayətləri sübuta yetirilmiş, barələrində qanuna müvafiq şəkildə hökm oxunmuşdur. Dünyanın heç bir yerində və heçbir hüquqi, demokratik ölkədə cinayət əməli cəzasız qalmır, eləcə də Azərbaycan Respublikasının qanunlarına əsasən, Konstitusiyaya zidd olan və cinayət məcəlləsində göstərilən maddələrlə cinayət törətmiş hər bir şəxs qanun qarşısında cavab verməyə borcludur. Dünyanın hər yerində hər kəs qanun qarşısında eynidir və qanun hər kəsə şamil olunur. Leyla Yunus vətənə xəyanət və bir neçə qanunsuz işlərdə təqsirli bilənərək məhkəmə qərarı ilə azadlıqdan məhrum edilmişdir. Xədicə İsmayılova da barəsindəki şikayət səbəbindən həbs olunmuş, cinayət əməlində faktlar və sübutlarla təqsirli bilinərək məhkəmə hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bütün bunları siyasiləşdirərək cinayət səbəbindən bu şəxslərin azadlıqdan məhrum edilməsinin arxasında siyasi motivlər axtarmaq, bu şəxsləri cinayət məsuliyyətindən azad etmir və bu kimi bütün təşəbbüslər Azərbaycan Respublikasının qanunlarının pozulması hallarına qəti yol verməyə əsas verə bilməz. Odur ki, Leyla Yunus, Arif Yunus və Xədicə İsmayılova qanunla cəzalarını sona qədər çəkməyə məhkumdurlar. Avropada da, Amerikada da bu qanunlar eynən keçərlidir və kimliyindən asılı olmayaraq qanun hər kəsə şamil olunumaqdadır. Təbiiki Azərbaycan hüquqi və demoratik bir ölkədir, bütün beynəlxalq hüquq normalarına və beynəlxalq hüquq öhdəliklərinə riayət etməkdədir və ancaq bu, onun suverenliyini, təhlükəsizliyini təhlükə altında qoyan, konkret hədəf alan bütün fəaliyyətlərə göz yumması anlamına gəlmir. ATƏT-in Bakı ofisinin bağlanması məsələsini də qəbul etdiyi qətnamədə qeyd edən Avropa Parlamenti bilməlidir ki, ATƏT-in Bakı ofisi Azərbaycanın suverenliyinə və dövlətçiliyinə təhlükə yaradacaq fəaliyyətlərlə məşğul olduğu üçün, eynən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən onun fəaliyyətinə ölkə daxilində məhdudiyyət qoyulmuşdur. Beynəlxalq Təşkilatlarla əməkdaşlıq etmək tendensiyası, hər hansı bir ölkənin dövlətçiliyi və suverenliyinin qorunması əleyhinə və bunlara təhdid xarakterli fəaliyyətlər həyata keçirtmək prinsiplərinə yol vermək anlayışı deyil. Məhs bunun üçün fəaliyyətinə məhdudiyyət qoyulan ATƏT-in Bakı ofisinin bağlanması tam hüquqi və doğru bir addımdır. Bütün bu faktorları nəzərdən keçirtdikdə, Avropa Parlamentinin 10 Sentyabr qətnaməsinin əslində heçbir hüquqi əsasının olmadığını, sadəcə Azərbaycana qarşı şantaj məqsədi daşıdığını və xüsusən erməni lobbisinin siyasi sifarişi və diktəsi olduğunu görmək heç də çətin deyil.... 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ