Mirsamir Məmmədov: "Gəncədəki iğtişaş və terroru planlayan qüvvələrin məqsədi Azərbaycanda Suriya senarisini həyata keçirtməkdir"
"Gəncədəki iğtişaş və terroru planlayan qüvvələrin məqsədi Azərbaycanda Suriya ssenarisini həyata keçirməkdir" Dövlətin polisinə və məmuruna güllə atmaq Dövlətə güllə atmaqdır, Dövlətə güllə atmaq isə, birmənalı olaraq xalqa güllə atmaqdır.
Bu iğtişaşı törədən və polis zabitlərinə qarşı terror edənlər birbaşa xaricdəki anti-Azərbaycançı qüvvələrin planlarını icra ediblər. Törədilən terror hadisəsi və polislərimizin qətl edilməsi, xaricdəki bu məkrli qara qüvvələrin ölkəmizə və xalqımıza qarşı dəhşətli dərəcədə mənfur düşmənçilik siyasətinin olmasından xəbər verir...
Bunu mətbuata açıqlamasında, iyulun 10-da Gəncədə bir qurup iğtişaşçının törətdiyi iğtişaş və terror hadisəsindən danışan siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov bildirib ki,
Gəncədə törədilən iğtişaş hadisəsi ölkəmizin güclənməsindən son dərəcə narahatlıq keçirən düşmən qüvvələrin planladığı mənfur ssenarilərin göstəricisidir. Xüsusilə iki yüksək rütbəli polis zabitinin öz xidməti vəzifəsini yerinə yetirərkən amansızcasına qətl edilməsi qanlı terror hadisəsidir. Baş verən iğtişaşın hədəfi Dövlətçiliyimizi sarsıtmaq, Dövlətimizin dayaqlarını zədələmək, ölkədəki sabitliyi pozmaq, ən əsası isə xalq iqtidar birliyinə zərbə vurmaq olub. Bunun fonunda ölkəmizin yüksək rütbəli polis zabitlərini qətl etmək, Azərbaycan Dövlətçiliyinə qarşı törədilmiş ən ağır cinayət əməlidir. Dövlətin polisinə əl qaldırmaq, silah çəkmək və Dövlətin məmuruna atəş açmaq, öldürmək və ya öldürməyə cəjd etmək birmənalı olaraq terror əməlidir. Açıq aşkar görünür ki, bu terrorun hədəfi Dövlətçiliyimizə zərbə vurmaq, xalq iqtidar birliyni və bilavasitə ölkəmizdəki sabitliyi pozmaq olub. Məlum olduğu kimi, daha öncədən porokotiv və təxribat xarakterli çağırışlar edən ekstremistlər, məkrli xarici dairələrin planladığı kimi, təxribatın və iğtişaşın miqyasının daha böyük olmasına, ölkəmizin daha çox sarsılmasına çalışdılar. Nəhayət törədilən iğtişaşın qarşısını almağa çalışan Dövlət məmurlarının qətl edilməsi, ümumiyyətlə polisə silah tuşlanması Dövlətə qarşı həyata keçirilən bağışlanmaz cinayətdir və Gəncədə baş verən hadisələr bütünlükdə cəm halda teror aktlarıdır.
Dövlətə qarşı silah istifadə edilməsi və zor tətbiqinə çalışılması Dövlətin və xalqın təhlükəsizliyinə qarşı ciddi təhlükə halıdır. Dövlətə qarşı törədilən terror əməli bütövlükdə xalqa və ölkəyə qarşı törədilən mənfur bir hadisədir və xalqımızın təhlükəsizliyinə qarşı ciddi təhdid və təhlükə deməkdir. Dövlətin polisini və məmurunu qətl etmək və öldürməyə təşəbbüs etmək Dövləti hədəf almaqdır ki, Dövləti hədəf almaq, xalqı hədəf almaq deməkdir. Xarici dairələrdən idarə olunan ekstremistlərin məqsədi Gəncədə iğtişaş törətməklə, bütün ölkədə qarışıqlıq və çaxnaşma salmaq, mümmün qədər ölkəni iğtişaşlarla qarışdırmaq, yarada bildikcə, gücləri yetdikcə Azərbaycanda Suriya ssenarisini həyata keçirtmək və yaxın Şərqdə cərəyan edən qanlı hadisələrin eynisini burada, Azərbaycanda həyata keçirtməkdən ibarət olub. Radikal dini kəsimin nümayəndələri olan həmin ekstremistlərin təxribat yönlü, provokotiv çağırışlarına Azərbaycan ictimaiyyəti və Gəncəlilər müdrikcəsinə davranaraq heçbir dəstək vermədi. Bu səbəbdən, əslində dinlə heçbir əlaqəsi olmayan və dindən uzaq olan, ekstremist radikal dinçi şəxslərin törətdiyi iğtişaş birmənalı olaraq iflasa uğradı və iğtişaşçıların əsl məqsədi ifşa oldu. Polis məmurlarını özləri ilə meydanlara gətirdikləri kəsici alətlərlə qətlə yetirmələri isə iğtişaşçıların əsl niyyətinin mahiyyətini göstərdi və onların ekstremist qüvvələr olduğu, əslində Dövlətiçilimizə zərbə vurmağa, ölkədəki əsayişi pozmağa, çaxnaşma və qarışıqlıq yaratmağa can atdıqları açıq aşkar göründü. Hazırda bütün ölkə ictimaiyyəti Gəncədə baş verən iğtişaş və terrror hadisəsinə qarşı öz kəskin mənfi reaksiyasını bildirməkdə və baş verən hadisə ən ağır şəkildə pislənməkdədir. Bu mənfur hadisə xalqımızla Dövlətimizin birliyini pozmağa hesablanmış plan idi və xalqımızın Dövlətimizlə həmrəylik nümayiş etdirərək iğtişaşçıların və xarici dairələrin planlarını bir daha alt-üst etdi. Düşmən dairələr bir daha gördü ki, Azərbaycanda güclü monolitlik təşkil edən xalq-iqtidar birliyi mövcuddur və heç bir kənar qüvvə bu birliyi və həmrəyliyi poza bilməz.
M. Məmmədov qeyd edib ki, iğtişaşçıların məqsədi ölkədə qarışıqlıq, xaos və çaxnaşma yaratmaqdan ibarət olub və hər vəchlə buna çalışıldı. Var qüvvələrilə radikal kəsimin üzvləri bu istiqamətdə hərəkət ediblər.
Ən təzadlı hal odur ki, üstəlik məsələyə Peyğəmbər s.a.v. ailəsinin adını qarışdırdılar. Din bayrağına bürünənlər, kritik məqamlarda, şəxsi məqsədləri uğruna daim Peyğəmbər s.a.v ailəsinin adından istifadə edirlər və İslamı əllərində sadəcə bayraq edirlər. İslamı əlində bayraq edən və əslində İslamdan xəbərsiz olan, bu cahil təfəkkürlü güruhun İslam adından istifadə etməsi, ölkəmizdəki inanclı və iman sahibi olan saleh kəslərə qarşı təhqirdir. Azərbaycan Dövləti hər zaman İslamın bütün dəyərlərinə böyük hörmət bəsləməsinə, Peyğəmbər s.a.v. ailəsinin adına hörmətlə yanaşmasına baxmayaraq, ölkəmizdə zaman zaman radikal dindarların qətl törətmək cəhdləri olub, Eurovision mahnı müsabiqəsi öncəsi də, müsabiqə zamanı da xeyli sayda radikal dindar şəxslər ölkədə süi-qəsdlər və terror hadisəsi törətməyi planlaşdırmışdır və hüquq mühafizə orqanları tərəfindən hər biri aşkar edilərək zərərsizləşdirildi. İstər Elmar Vəliyevə qarşı baş vermiş süi-qəsd hadisəsi, istər iyulun 10-da Gəncədəki iğtişaş və polislərin qətl edilməsi hadisəsi, eynən bu sıraladığım faktorların müəyyən davamıdır və terror aktıdır, Dövlətçiliyimizin hədəf alınmasıdır. Hazırda radikal dindarlarla həmrəy olanlar da bu siyasətə xidmət etmiş olurlar, ölkəmizin gələcəyinin təhlükəsizliyinə təhlükə yaranmasına zəmin olmaqdadırlar. Hər bir Azərbaycan vətəndaşı, ölkəmizin hər bir fərdi, hətta ölkədən kənarda yaşayan Azərbaycanlılar da bu və digər hər bir məsələdə ölkəmizin və xalqımızın təhlükəsizliyi üçün Dövlətimizlə həmrəy olmalıdırlar. Azərbaycanın yüksələn inkişafını, ölkəmizin hərbi gücünün və qüdrətinin artmasını həzm edə bilməyən, Dövlətimizin güclənməsindən, artan nüfuzundan, dünya birliyində özünəməxsus yer tutmasından, aparıcı və söz sahibi olan ölkəyə çevrilməsindən, ən əsası isə dünyanın enerji təminatında xüsusi payı olan ölkə olmasından narahatlıq və qısqanclıq hissi keçirən qüvvələr mütamadi Azərbaycana qarşı anti-kampaniyalar həyata keçirtməkdə və təxribatlar törətməyə çalışmaqdadırlar. Təbii ki, ölkə olaraq, xalq olaraq Azərbaycan ictimaiyyətinin ölkəmizin və dövlətimizin düşmənlərinə, təxribatçı qüvvələrə qarşı birlik nümayiş etdirməsi gərəkdir və Dövlətimizin mövqelərinin müdafiə olunmasına çalışılmalıdır.
Bu gün ictimai rəydə hər kəs Dövlətimizə bu istiqamətdə dəstək olmalıdır. Xüsusi olaraq isə dini kəsimin üzvləri, dinlə məşğul olan şəxslər bu məsələlərdə son dərəcə ehtiyatlı olmalıdır, heçbir provokotiv və təxribat xarakterli çağırışlara reaksiya və cavab verilməməlidir. Provokasiya və ajiotaj xarakterli çağırışlara qoşularaq bu tip hərəkətlər edən hər kəs bilməlidir ki, ölkəmizin və xalqımızın təhlükəsizliyinə zərbə vurulmasına çalışır və Azərbaycanda Suriya və yaxın Şərq hadisələrini həyata keçirtməyə can atan, ölkəmizdə qan tökmək, qətliam törətmək istəyən terorist qüvvələrə xidmət etmiş olur. Odur ki, həs son dərəcə ayıq sayıq olmalı və Dövlətimizlə birgə addımlamalı, Dövlətimizin mövqeyi ilə həmrəy olmalıdır. Ölkəmizin və xalqımızın təhlükəsizliyinin qorunması bunu tələb edir.