Özbəkistanın yeni seçilmiş prezidenti Şövkət Mirziyəyev parlamentin palatalarının birgə iclasında and içib.
7News.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Dekabrın 4-də Özbəkistanda prezident seçkiləri keçirilib. MSK-nın məlumatına görə, Özbəkistanın Liberal-demokratik partiyasından namizədliyini irəli sürən Mirziyəyev 88,61% səs toplayıb.
Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbəy Abdusalomov Mirziyəyevə Özbəkistan prezidentinin vəsiqəsini təqdim edib.
Daha sonra yeni seçilmiş dövlət başçısı əlini Quran və Konstitusiyaya qoyaraq and içərək "Respublika Konstitusiyasının və qanunlarına ciddi riayət edəcəyini, vətəndaşların hüquq və azadlığına zəmanət verəcəyini, Özbəkistan Respublikası prezidentinin öhdəçiliklərini yerinə yetirəcəyini vəd edib”.
Xatırladaq ki, 1990-cı ildən respublikaya rəhbərlik edən İslam Kərimov sentyabrın 2-də 78 yaşında ürək çatışmazığından vəfat edib. Paramentin qərarı ilə onun səlahiyyətlərini yeni dövlət başçısı seçilənə qədər baş nazir Şövkət Mirziyəyevə həvalə edilib.








