Özbəkistan prezidenti vəzifəsini müvəqqəti icra edən, baş nazir Şavkat Mirziyoyev ölkə prezidentliyinə namizəd kimi irəli sürülüb.
7News.Az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Özbəkistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumatda bildirilir ki, Mirziyoyevin namizədliyi Özbəkistan Liberal-Demokrat Partiyasının siyasi şurasının iclasında irəli sürülüb.
Xatırladaq ki, Özbəkistanın ilk prezidenti İslam Kərimov sentyabrın 2-də insult nəticəsində 78 yaşında vəfat edib.
Sentyabrın səkkizi Özbəkistan parlamentinin hər iki palatasının bu gün keçirilən iclasında prezident səlahiyyətlərinin icrası baş nazir Şövkət Mirziyoyevə tapşırılıb.
Xatırladaq ki, Mirziyoyev 2003-cü ildən bəri baş nazir vəzifəsində çalışır. Bundan əvvəl o, Cizak və Səmərqənd vilayətlərini qubernatoru olub.
Qeyd edək ki, Konstitusiyaya əsasən prezident səlahiyyətləri Senatın sədri Niqmatulla Yuldaşevə keçməli idi.








