Misirin neft və mineral ehtiyatlar naziri Tarik əl-Molla ölkəsinin 2025-ci ilin iyun ayına qədər 35 yeni qaz qazma quyusu qazmağı planlaşdırdığını açıqlayıb.
7NEWS.az xəbər verir ki, qazma işləri ilə özünü təbii qazla təmin edən səviyyəyə çatan Misir neft və təbii qaz ehtiyatlarını artırmaq üçün var gücü ilə çalışır. Misir Baş Nazirliyindən verilən yazılı açıqlamaya görə, baş nazir Mustafa əl-Medbuli neft və mineral sərvətlər naziri Tarik Mollanı qəbul edib.
Tarik Molla görüşdən sonra ölkəsinin 2025-ci ilə qədər Aralıq dənizi və Nil Deltasında 45 təbii qaz quyusu qazmağı planlaşdırdığını, bunlardan 10-nun 2022-2023-cü maliyyə ilində həyata keçirildiyini bildirib.
7NEWS.az








