Bəzi mətbuat orqanlarında sabiq Təhsil naziri Misir Mərdanovun xalası oğlu, vaxtilə Təhsil Nazirliyinin tikinti işlərinə cavabdeh olmuş və uzun müddətdir tikinti biznesi ilə məşğul olan Allahverdi Dəmirovun həbs olunması ilə bağlı xəbər yayılıb. İnformasiyada qeyd olunur ki, A.Dəmirovu "MTN işi” üzrə keçirilən istintaqla bağlı həbs ediblər.
ANV.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün sabiq Təhsil naziri Misir Mərdanovun özü ilə əlaqə saxlayıb.
Misir Mərdanov bildirib ki, yayılan informasiya əsassızdır:
"Allahverdini tutumayıblar, azadlıqdadır. Yayılan məlumatlar yalandır. Heç bir həqiqət yükü yoxdur”.
"Belə bir hadisə baş verməyibsə, bəs nəyə görə yayılıb” sualına cavabında sabiq Təhsil naziri bildirib ki, bunu onu yayanlardan soruşun:
"Mən hardan bilim niyə yayıblar? Bunu onlardan soruşun. Mənim xəbərim yoxdur”.//ANV.az
7News.az








