RU
Misir ordusu Sinay yarımadasında 50-dən çox terrorçunu məhv edib
03:40
206

Misir ordusu Sinay yarımadasında 50-dən çox terrorçunu məhv edib

Misir ordusunun Sinay yarımadasında keçirdiyi xüsusi əməliyyat nəticəsində 50-dən çox “Vilayət Sina” qruplaşmasının silahlısı məhv edilib.

Əməliyyata quru qoşunlarla yanaşı hərbi təyyarə və helikopterlər cəlb edilib.

Sinay yarımadasında əməliyyat üç gündür ki, davam edir. Yanvarın 2-də hərbi mənbələr 40 terrorçunun məhv edildiyini, 15-in isə yaralandığını bildirib.

Xatırladaq ki, “Vilayət Sina” – İŞİD qruplaşmasının Sinay yarımadasındakı qolu hesab edilir./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ