RU
Misir Qəzza sərhədində yeni divarlı bufer zonası inşa edir
17:07
81

Misir Qəzza sərhədində yeni divarlı bufer zonası inşa edir


Qəzza əhalisinin yarıdan çoxunun sığındığı Rəfahda İsrailin planlaşdırdığı quru əməliyyatı ilə bağlı narahatlıqlar artsa da, yeni peyk görüntüləri Misirin Qəzzanın cənub sərhədi boyunca bir kilometr genişliyində bufer zonası qurduğunu ortaya çıxarıb.

7NEWS.az xəbər verir ki, İsrailin Rəfahda quru əməliyyatı planlaşdırdığı bir vaxtda Misir Qəzza zolağının sərhədi yaxınlığında bir kilometr uzunluğunda divar və bufer zonası tikir. Maxar Technologies tərəfindən çəkilən peyk görüntüləri Qəzza sərhədindən təxminən 3,5 kilometr qərbdə Şeyx Zuveyd-Rəfah yolu boyunca divarın tikintisinin davam etdiyini ortaya qoydu. Videoda yol boyu qaldırılan kranlar, yük maşınları və beton maneələr görünür.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ