Misir Süveyş kanalından keçən iki tanker gəmisinin nasaz olduğunu və bir neçə saatdan sonra kanalda hərəkətin ikitərəfli olacağını bildirdi.
7NEWS.az xəbər verir ki, Süveyş Kanalı Administrasiyasının prezidenti Usamə Rabi verdiyi yazılı açıqlamada texniki qrupun səhər saatlarında kanaldan keçərkən nasazlıq göstərən iki gəmi üzərində işlədiyini bildirib. O, bildirib ki, kanalda nasazlıq yaranan "BW LESMES” maye qaz tankeri və onun arxasınca gələn BURRI neft tankeri mexanizmlərdə yaranan nasazlıq səbəbindən güclü külək nəticəsində qəfil dayanıb və manevr qabiliyyətini itirib. Rabi hər iki gəmidə nasazlıqların olduğunu, texniki qrupların dərhal müdaxilə etdiyini, gəmilərin sahilə doğru yanaşmağa başladığını və bir neçə saat ərzində kanalda hərəkətin hər iki tərəfə dönəcəyini bildirib.
Rabi, nasazlıqlar nəticəsində tankerlərə ciddi ziyan və ətraf mühitin çirklənməsinin olmadığını bildirib.
7NEWS.az








