RU
Misirdə 3 günlük matəm elan olunub
20:00
355

Misirdə 3 günlük matəm elan olunub

Misir prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə kopt kilsəsində baş verən terror aktı ilə əlaqədar 3 gün matəm elan edib.

Bu barədə Misir Prezident Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, bu gün Qahirənin Abbasiyə rayonunda kopt kilsəsində törədilən partlayışda ölənlərin sayı 25 nəfərə çatıb, 50 yaralı var. Şahidlər partlayıcı qurğunu kilsəyə bir qadın tərəfindən gətirildiyini bildiriblər.

Qadın kilsədən çıxandan sonra partlayıcı qurğu məsafədən işə salınıb. Ölənlərin çoxu qadın və uşaqlardır.

Qeyd edək ki, xristan koptlar Misir əhalisinin 10 faizini təşkil edir. Təkcə Qahirədə 163 kopt kilsəsi var./apa

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ