Misirdə ağır yol qəzası baş verib.
Bu barədə "Əl-Ayum as Sabiya” portalı məlumat yayıb.
Məlumata görə, hadisə Beni-Süeyf əyalətində qeydə alınıb. Sərnişin avtobsu paytaxt Qahirə istiqamətində hərəkət edən zaman yük maşını ilə toqquşub və yoldan çıxaraq aşıb. Nəticədə 14 nəfər ölüb, daha 38 nəfər isə yaralanıb.
Qəzanın səbəbləri hələ ki, məlum deyil.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo
7news.Az








