7NEWS.az xəbər verir ki, İsrail Xarici İşlər Nazirliyi İsgəndəriyyə şəhərində baş verən silahlı hücumla bağlı yazılı açıqlama yayıb. Açıqlamada misirli bir şəxsin açdığı atəş nəticəsində 2 israilli turistin və bir misirli bələdçinin həyatını itirdiyi, bir İsrail vətəndaşının isə yaralandığı bildirilib. İsrail vətəndaşlarının ən qısa zamanda ölkəyə gətirilməsi üçün Misir rəsmiləri ilə əlaqə saxladıqları qeyd edilib.
7NEWS.az








