Piramidalar kompleksindən yeni tapılan mumiyalar qədim misirlilərin pişiklərə bağlı insanlar olduğunu deməyə əsas verir.
7News.Az The Washington Post-a istinadla xəbər verir ki, Misirdən pişik və böcək mumiyaları tapılıb.

Misirin mədəniyyət nazirliyinin şənbə günü verdiyi açıqlamaya görə, Qahirə yaxınlığında, Saqqara nekropolu, Kral Userkafa məxsus piramida kompleksində axtarışlar aparan arxeoloqlar eramızdan əvvələ aid mumiyalar tapıblar.

Tapıntılar arasında onlarla mumiyalanmış pişik cəsədi, Qədim Misirin pişik tanrısı Bastetin büstü və yüzlərlə taxtadan hazırlanmış pişik heykəlləri var. Onların 6000 ildən çox tarixi var.

Tapıntıların şəkilləri nazirliyin rəsmi Tvitter səhifəsində paylaşılıb və bildirilib ki, axtarış işləri davam etdiriləcək.
7News.Az








