İspaniyalı arxeoloqlar yeni uğura imza atıblar.
Misirin Luksor şəhərində çox yaxşı vəziyyətdə olan yeni mumya tapılıb.
Mumyanın eramızdan əvvəl 1075-664-cü illərə aid olduğu təxmin edilir. Eyni zamanda bildirilib ki, tapılan meyit kral 3-cü Tutmosun köməkçisi olan bir əsilzadəyə məxsusdur.
Misirin Luksor şəhərində "Milyon il Məbədi"nin içində döyüşçü kral Tutmosun məzarının yaxınlığında tapılan yeni mumyanın tabutu möhkəm karton qutuya bənzəyir./olke.az
7news.Az












