Misirin Buxeyra əyalətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 28 nəfər ölüb, 60 nəfər yaralanıb. Bu barədə "əl-Ahram” qəzeti məlumat yayıb. Məlumata görə, qəza dumanlı hava şəraiti səbəbindən baş verib.