RU
Misirdə YouTube bloklanıb
11:00
393

Misirdə YouTube bloklanıb

Misirin Ali İnzibati Məhkəməsi YouTube videoservisinin ölkə ərazisində 1 aylıq bloklanması barədə aşağı instansiya məhkəməsinin qərarını təsdiqləyib.

7news.Az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə "Al-Ahram” məlumat yayıb.

Məlumata görə, ərizəni məhkəməyə vəkil Məhəmməd Salem təqdim edib. O, videoservisin Məhəmməd Peyğəmbərin həyatını təhqiramiz formada təqdim edən filmin kadrlarının YouTube videoservisindən silinməyincə, videoservisin ölkə ərazisində bloklanmasını tələb edib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ