RU
Misirə, Suriyaya çevrilmişdi Ankara
16:24
1685

Misirə, Suriyaya çevrilmişdi Ankara

Türk Dünyasının qəhrəman oglu İbad Hüseynli Türkiyədə baş veren hadisələrin şahidi oldu...

" Bəzi işlərlə baglı Türkiyəyə getmişdüm. Ankarada Gölbaşı bələdiyyəsində bəzi dostlarla çay içirdik. Birdən səlahiyyət sahibi olan dövlət məmurununun telefonuna gələn mesaja baxıb keçirdiyi heyacan bizi narahat etdi.... və bu zaman səmada və yerdə müharibə abu-havası yaşandı. Kimsə nəyin baş verdiyini anlaya bilmədi. səmadan atılan atəşlərdən ölənlərin və yaralıların sayını dəqiq bilmirəm, onu bilirəm ki, 17 cəsur polisimiz şəhid oldu və xəstəxnaya gətirildi. Biz də xəstəxanaya getdik, yaralılara baş çəkdik. Hələ də nələrin baş verdiyini anlaya bilmirdik.Misirə, Suriyaya çevrilmişdi Ankara. Səhərə kimi küçədə tanklar, insanlar hamısı biri-birinə qarışmışdı. Qaldıgım otel şəhərin mərkəzində, TBMMnin yaxınlıgında idi, TBMM ə atılan bombaların gücündən otelin şüşələri qırılmışdı, çaşqın və narahat olan insanlar hara gedeceyini, nə edəcəyini belə bilmirdilər. Evdə olan insanlar artiq televiziyada geden xəbərlərdən məlumatları vardı. Və səhərə yaxın artıq Ankaranın küçələri , meydanları insan axını ilə dolu idi... ".

7News.az xəbər verir ki. bu fikirləri müxbirimizə Türk Dünyasının qəhrəman oğlu İbad Hüseynli bildirib.O daha sonra bunları bildirib: "Təəssüflə qeyd edirəm ki, Türkiyənin acı anlarını yaxından izləmək imkanım oldu....Türkiyəni sevən və onun yüksəlişini arzilayan bir adam kimi, baş verən hadisələrə çox üzüldüm. Türkiyə Cümhuriyyəti Şərqin və İslam aləminin qürur yerlərindən biridir. Böyük Türkiyənin çevriliş macəralarına və zorakı hakimiyyət dəyişikliyinə sürüklənməsi yolverilməzdir. Türkiyənin beynəlxalq nüfuzuna zərbə vuracaq və onun inkişafını ləngidəcək üsyankar oyunlara qarşıyıq. Şükürlər olsun ki, bu gərgin və təhlükəli oyunların qarşısı alındı.Türkiyə dövlətçiliyi ağır bir sınaqdan çıxdı. Çox təəssüfki, Türk millətinin başını uca edən, vətənə sevgisi olan və ləyaqətlə xidmət edən neçe-neçe şəhidlərmiz də oldu. Bu çeviriliş oyununa Türk Silahlı qüvvələrinə güvəni azaltmaq, müsəlman həmrəyliyi adına Türk millətini gözdən salmaq, türk düşmənçiliyinin addımı kimi baxıram.Türk xalqı demokratiyanı və ölkənin dinc yolla yüksəlişini dəstəklədi, terrorla mübarizənin davam etdirilməsində öz gücün bir daha nümayiş etdirdi.Bu olaylarda kimliyi bəlli olmayan, özünü Türk millətinin nümayəndəsi hesab etse de, onların bu milletdən xəbəri belə yoxdu. Çünki bu millətin əsl vətəndaşları o şərəfsizliyi nümayış etdirməzdi. Türkiyəyə keçmiş olsun deyirəm. Allah Türkiyəmizi qorusun!".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ