RU
Misirin xarici işlər naziri sabah Türkiyəyə gedəcək
13:35
34

Misirin xarici işlər naziri sabah Türkiyəyə gedəcək


Misirin xarici işlər naziri Şükri nazir Çavuşoğlunun dəvəti ilə aprelin 13-də Türkiyəyə rəsmi səfər edəcək. 

7NEWS.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamaya görə, Şükrinin Türkiyəyə səfəri çərçivəsində ikitərəfli əlaqələr və regional inkişaflar müzakirə olunacaq. Nazir Şükri Kahramanmaraşdakı zəlzələlərdən sonra həmrəylik və başsağlığı vermək üçün fevralın 27-də Türkiyəyə səfər edərək Çavuşoğlu ilə görüşüb. Misir də zəlzələdən zərər çəkənlər üçün Türkiyəyə humanitar yardım göndərib. Çavuşoğlu həmkarı Şükrinin dəvəti ilə martın 18-də Misirə rəsmi səfərə gedib. Nazir Çavuşoğlu 11 ildən sonra Türkiyədən Misirə səfər edən ilk xarici işlər naziri olub. 

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ