Misirli hüquqşünas və vəkil Nabi əl-Vəhş telekanalların birində zorlamanın misirlilərin "milli borcu” olduğunu bildirib.
Bu barədə "The Independent" xəbər verir.
Hüquqşünas bildirib ki, onu müasir qadınların xarici görünüşü, əsasən də "cırıq” cins şalvar geyinməkləri qəzəbləndirir.
"Belə qadınlara sataşmaq - vətənpərvərlik borcu, onları zorlamaq isə - milli borcdur”, - deyə hüquqşünas bildirib.
Misirin qadınların məsələləri üzrə milli şurası əl-Vahşanın bəyanatı ilə bağlı şikayət etməyə hazırlaşır. Şuradan bildirilib ki, onun sözləri Misir konstitusiyasına ziddir.
Cari ilin oktyabrın 16-da Misirin paytaxtı Qahirə qadınlar üçün dünyanın ən təhlükəli ölkəsi seçilib./oxu
7news.Az








