Milli Şuranın mitinqi başa çatıb.
Mitinqin saat 19:00-da bitəcəyi bildirilsə də insanlar vaxtından tez "Məhsul” stadionunu tərk ediblər.
***
Milli Şuranın keçirdiyi mitinqdə bu qurumun sədri Cəmil Həsənli iştirak etmir. Onun Avropada olduğu deyilir.
***
İnsanlar vaxtından tez stadionu tərk edirlər.
***
AXCP sədri Əli Kərimlinin tərəfdarları təxribat məqsədi ilə mitinqə dini şüarlar yazılmış plakatlarla gəliblər. Polis bunun yolverilməz olduğunu bildirərək, plakatların yığışdırılmasını tələb edib.
***
Müxalifətin radikal qanadı olan Milli Şura Bakı şəhər İcra Hakimiyyətinin razılığı ilə "Məhsul” stadionunda mitinq keçirir.
Mitinqdə əsasən AXCP üzvləri iştirak edirlər.
Maraqlıdır ki, bu gün səhər AXCP sədri Əli Kərimli öz səhifəsində status yazaraq, insanları mitinqə səsləyib. Amma bildirib ki, mitinq sabah olacaq. Sonra onun statusun altında rəy yazanlar mitinqin sabah yox, bu gün olacağını qeyd ediblər. İki saatdan sonra Kərimli özünə gəlib və statusunu redaktə edib.

Mitinq başlayana yaxın bəlli olub ki, plakatlardan biri itib. Buna görə təşkilatçılar arasında qalmaqal düşüb və konflikt yaşanıb.
* * *
Mitinqə yenə də əvvəlki aksiyalarda olduğu kimi, çox az adam qatılıb.

Qeyd edək ki, Milli Şuranın 11 sentyabr mitinqi başda Müsavat Partiyası olmaqla Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Açıq Cəmiyyət Partiyası və digər müxalifət partiyaları, təşkilatları tərəfindən boykot edilib./azvision
7news.Az









