"Mitsubishi Motor”, Çində satışlarının azalması səbəbindən bu ölkədə avtomobil istehsalını dayandırmağa və Çindən çəkilməyə qərar verdiyini açıqladı.
7NEWS.az xəbər verir ki, Çində aktiv olan yapon istehsalçılarına bu ölkədə satışların azalması və Çinin daxili bazarının elektriklə işləyən avtomobillərə meylinin sürətlə artması mənfi təsir göstərir. "Mitsubishi Motor” İdarə Heyətinin açıqlamasında, satış hədəflərinin planlaşdırıldığı kimi alınmadığı və istehsalın 2023-cü ilin mart ayında dayandırıldığı bildirilib. Çində biznes strategiyasının yeniləndiyi və struktur islahatının aparıldığı bildirilən açıqlamada, ehtiyatlar tükəndikdə yerli istehsalın dayandırılacağı və yeni avtomobil satışlarının sona çatacağı açıqlandı.
7NEWS.az








