RU
Mixail Qorbaçov məhkəməyə çağırılıb
20:36
478

Mixail Qorbaçov məhkəməyə çağırılıb

Litva paytaxtı Vilnüsün dairə məhkəməsi keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçova 1991-ci il yanvarın 13-də törədilən hadisə ilə bağlı çağırış təqdim edib.

Bu barədə hakim Aynora Korneliya Matsyaviçene məlumat verib.

Onun sözlərinə görə, çağırış poçt vasitəsilə Qorbaçov Fondunun ünvanına göndərilib.

Qeyd edək ki, 1991-ci il yanvarın 13-də gecə saatlarında sovet ordusunun hərbi texnikası Vilnüsün mərkəzinə yeridilmişdi. Nəticədə 14 nəfər ölmüş, 600-dən çox insan yaralanmışdı.

Xatırladaq ki, 1990-cı il yanvarın 19-20-nə keçən gecə sovet qoşunun Bakıda törətdiyi qırğınlar nəticəsində 133 nəfər şəhid olub, 744 nəfər isə yaralanıb./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ