Rusiya dünyada siyasi böhranları dərinləşdirməyə çalışır.
Bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak "X”də yazıb.
Onun sözlərinə görə, Rusiyanın Qərb dünyasına qarşı səlib yürüşü iki sistemin müharibəsidir: "Moskva müttəfiqlərin birliyini pozmaq üçün sistemli şəkildə demokratik sistemlərin zəif yerlərindən istifadə edir. Bura qütbləşməyə və parçalanmaya sərmayə qoymaq, ultraradikal partiyaları təşviq etmək və siyasi böhranları gücləndirmək daxildir”.
M. Podolyak bildirib ki, Rusiya mütləq məğlub olmalıdır.








