"Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci il yaz sessiyası üçün İş planına daxil ediləcək.
Bunu 7NEWS.Az-a açıqlamasında komitənin sədri Ziyafər Əsgərov bildirib.
Komitə sədri qeyd edib ki, qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
7NEWS.Az








