RU
MM-in deputatları ABŞ Konqresində və Dövlət Departamentində görüşlər keçirəcək
14:30
155

MM-in deputatları ABŞ Konqresində və Dövlət Departamentində görüşlər keçirəcək

Milli Məclisin (MM) Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Vaşinqtonda səfərdə olacaqlar.

MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 7NEWS.Az-a verilən məlumata görə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov və qrupun üzvləri Asim Mollazadə, Erkin Qədirli və Nigar Arpadarai noyabrın 14-də Vaşinqtona yola düşəcəklər.

Deputatların Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin gücləndirilməsi və gündəlikdə olan məsələlərin müzakirəsi məqsədilə Konqresin Senatında və Nümayəndələr Palatasında, Dövlət Departamentində bir sıra görüşlər keçirməsi nəzərdə tutulur.

Səfər noyabrın 21-də başa çatacaq.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ