RU
MMC rəhbərinə 7 il həbs verildi
13:30
474

MMC rəhbərinə 7 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşlara ev almaq adı ilə 200 min manatdan çox pul mənimsəmədə təqsirləndirilən "Şatl” MMC-nin təsisçisi və rəhbəri Sərvər Şeyxovun məhkəməsi sona çatıb. 

Hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirikən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə   S. Şeyxov 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Zərərçəkmişlərin qaldırdığı mülki iddia təmin edilib. 

Qeyd edək ki, Sərvər Şeyxov vətəndaşlara ev almaq adı ilə onların etibarından sui- istifadə edərək 210 min manat dələduzluq edib. İş üzrə iki zərərçəkən var. Onlara dəymiş zərər ödənilməyib.

S. Şeyxov bundan qabaq da dələduzluq əməli ilə məhkumluq yaşayıb.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ