RU
MN: Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbçilərin həlak olması barədəErmənistanın yaydığı məlumat həqiqətə uyğun deyil
21:43
139

MN: Azərbaycan Ordusunun atəşi nəticəsində erməni hərbçilərin həlak olması barədəErmənistanın yaydığı məlumat həqiqətə uyğun deyil

Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyindən 7NEWS.Az-a verilən məlumata görə, əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ