RU
MN: Ermənistan 4-5 hərbi qulluqçusunu itirib
13:31
773

MN: Ermənistan 4-5 hərbi qulluqçusunu itirib

Son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib.

Bu barədə 7News.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər.

Qeyd olunub ki, erməni tərəfinin guya son günlər Ermənistan silahlı qüvvələri tərəfindən üç Azərbaycan əsgərinin öldürülməsi barədə yaydığı məlumat həqiqətə uyğun deyil:

"Bu dezinformasiyadır və özlərinin verdiyi itkiləri ört-basdır etmək məqsədilə daxili auditoriya üçün tirajlanır”.

Nazirlikdən deyiblər ki, Azərbaycan tərəfindən fərqli olaraq, son günlər Ermənistan tərəfi 4-5 hərbi qulluqçusunu itirib, lakin bunu bütün səylərlə ictimaiyyətdən gizlədirlər:

"O ki qaldı yaralanan erməni mülki şəxsə, bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhaliyə və yaşayış məntəqələrinə atəş açmır”.   

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ