RU
MN: Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutulub
20:10
361

MN: Kəlbəcər istiqamətində ordumuzun mövqeləri atəşə tutulub

Avqustun 16-sı saat 18:20-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini bir neçə dəfə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə 7News.Az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ