RU
MN: Ohanyanın təhqirə yol verməsi sadəcə acizliyin göstəricisidir
14:19
713

MN: Ohanyanın təhqirə yol verməsi sadəcə acizliyin göstəricisidir

“Cəbhədəki vəziyyətlə bağlı ritorikası da boş danışıq və qeyri-ciddidir”.

Ermənilərin cəbhəboyu zonada gərginlik yaratmalarının səbəbini Seyran Ohanyan özü boynuna alır və bunun ölkəsindəki daxili siyasi, eləcə də regional gərginliklə bağlı olduğunu açıqlayır.

Bu barədə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın cəbhədəki vəziyyətə dair açıqlaması ilə bağlı Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, uşaqların, qadınların, ahılların qətlinə əmr verən, özünündə zövqlə bu qanlı əməllərdə iştirak etməsini bəyan edən caninin heç bir mənəvi haqqı olmadığı halda ədəb-ərkandan, ləyaqətdən danışması da S.Ohanyanın döyüş meydanında ləyaqətini itirmiş tərbiyəsizin birisi olmasının göstəricisidir.

“Onun açıqlaması əlacsızlıqdan, çarəsizlikdən başını itirmiş birisinin hərəkətinə bənzəyir. Əlində arqumenti olmayan şəxsin açıqlamalar edərkən təhqirə yol verməsi sadəcə acizliyin göstəricisidir. Çünkü ortaya qoyulası ağlabatan bir fakt olmadıqda cılızlar həmişə xainliyə, çığır-bağıra, təhqirə əl atmaq məcburiyyətində qalır.

S.Ohanyanın bu fikirlərini psixioloji sarsıntılara məruz qalan xəstə təxəyyülün növbəti məhsulu kimi dəyərləndirilir. Onun Azərbaycana qarşı hədə-qorxu, təhdid dolu növbəti populist çıxışı erməni xalqının fikrini daxildəki, ordudakı ağır vəziyyətdən yayındırmaq məqsədilə atılan addım kimi qiymətləndirmək olar.Cəbhədəki vəziyyətlə bağlı ritorikası da boş danışıq və qeyri-ciddidir”, - deyə, Azərbaycan MN-nin Mətbuat xidmətindən bəyan ediblər.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ