RU
MN rəsmisi: “Hazırda sərhəddə vəziyyət gərgindir”
16:05
144

MN rəsmisi: “Hazırda sərhəddə vəziyyət gərgindir”

"Son dövrdə erməni təxribatları bu gün daha da intensivləşib”.

"Report” xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.

 

Nazirlik rəsmisi bildirib ki, qəfil hərbi əməliyyatlara başlanılıb: "Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur”.

O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət ələ keçirilib: "Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır”.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ