"Mneniyası olan qız axtarıram" - Gənc oğlanın bu elanı sosial şəbəkələrdə müzakirə yaratdı - FOTO
Real həyatda xanımla tanış ola bilməyən bəylər, elan saytlarına müraciət edirlər. Mənzilllərin alqı-satqısı, torpaq sahəsi və müxtəlif geyim və əşyaların elanların yerləşdirildiyi saytlarda da belə elanlara rast gəlmək olar. Biri yalanı sevmədiyini vurğulayır, digəri isə boşandığını qeyd edir. Hətta, dul qadın axtaran da var. Əksəriyyəti elana şəkillərini də yerləşdirir. Əməkhaqqı başda olmaqla, ad, soyad, iş yeri, telefon nömrəsi, ailə vəziyyəti kimi şəxsi məlumatlar da elan verilir. Özünə sevgili tapa bilməyən daha bir oğlan bu üsuldan istifadə edib.
7News.az xəbər verir ki, o, internetdəki elan portların birinə məlumat yerləşdirib. O elanda necə bir qız axtardığını da qeyd edib.