Telefon və motosiklet almaq üçün 18 günlük qızını internetdən satışa çıxardı.
7News.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Çinin şərqində yerləşən Fujian şəhərində qeydə alınıb.
Duan ləqəbi ilə tanınan şəxs mobil telefon və motosiklet almaq üçün 18 günlük qızını sosial şəbəkədə 3 min 500 dollara satışa çıxarıb.
Adı açıqlanmayan bir xarici vətəndaş uşağı bacısı üçün alıb. Satışın ardından şəhəri tərk edən körpənin anası Xiao Mei adlı qadın polis tərəfindən yaxalanıb.
Uşağın anası Xiao Mei ifadəsində, həyat yoldaşının işləmədiyi üçün yaranan maddi ehtiyacları ödəmək üçün bu addımı atdığını bildirib.
Bu hərəkətlərinə görə körpənin atası 3 il, anası isə 2.5 il həbs cəzası alıb.









