Telefonları yan cibə qoyan kişilərlə bağlı araşdırma aparılıb.
7News.Az bildirir ki, araşdırmalara görə mobil telefonlar kişilərdə sperma problemi yaradır.
Gün ərzində 1 saatdan artıq telefonla danışmaq və daim telefonu yan ciblərdə gəzdirmək sperma sayında sürətlə azalmaya səbəb olur.
İsrailin Hayfa şəhərindəki Texnologiya İnstitutu kişilərə mobil telefon mövzusunda xəbərdarlıq edib:
Telefonun qasıq bölgəsinə yarım metrdən yaxın olaması 47% kişilərdə sperma sayının azalmasına gətirib çıxarır. Həmçinin telefonla çox danışmaq və batareyanın azalması halında danışmaq böyük təhlükə yarada bilər. Yatarkən də telefonlar müəyyən məsafədə saxlanılmalıdır.








