RU
Mogerininin müavini Bakıya gəldi
13:05
446

Mogerininin müavini Bakıya gəldi

Avropa Xarici İşlər Xidmətinin baş katibinin müavini Jan-Kristof Bellard Azərbaycana gəlib.

7news.Az "Report"a istinadən xəbər verir ki, ikigünlük səfər çərçivəsində J.-K.Bellard ölkə rəsmiləri ilə bir sıra görüş keçirəcək, o cümlədən onun Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.
Görüşlər zamanı Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında əməkdaşlığın inkişaf perspektivləri, o cümlədən "Şərq Tərəfdaşlığı" proqramı müzakirə olunacaq.

Xatırladaq ki, növbəti "Şərq Tərəfdaşlığı" sammiti noyabrın 24-də Brüsseldə keçiriləcək.
 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ