RU
Moldova Aİ-yə üzvlük üçün müraciət edəcək
23:30
1485

Moldova Aİ-yə üzvlük üçün müraciət edəcək

Moldova hakimiyyəti Avropa İttifaqına (Aİ) üzv olmaq üçün ərizə verəcək.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bunu Moldova Prezident Maya Sandu keçirdiyi brifinqdə deyib.

"Bu gün biz Moldovanın Avropa İttifaqına daxil olması üçün ərizə imzalayacağıq. O, Fransa prezidenti Emmanuel Makrona göndəriləcək", - Sandu bildirib.

Ölkə başçısı sənədi parlamentin spikeri İqor Qrosu və baş nazir Natalya Qavrilitsa ilə birgə imzalayıb.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ