Molodova ombudsmanı Aurelio Qriqoriudan Azərbaycana dəstək gəlib.
7News.Az xəbər verir ki, artıq bir neçə gündür sosial şəbəkələrdə Azərbaycana dəstək üçün başlayan kampaniyaya xanım Qriqoriu da qoşulub. O, öz fotosunu Azərbaycan bayrağı ilə örtüb.
Qeyd edək ki, Aureliya Qriqoriu zaman-zaman Azərbaycana dəstək olduğunu nümayiş etdirib. O, hətta Ermənistan parlamentində çıxışı zamanı Ermənistanın işğalçı dövlət olduğunu, Azərbaycan torpaqlarını qəsb etdiklərini deməkdən çəkinməyib.









