RU
Moldova Prezidenti:
19:30
1195

Moldova Prezidenti: "Terrorun məsuliyyətini Dnestryanı daxili siyasi qüvvələr daşıyır"

"Moldova hakimiyyəti Dnestryanı bölgədəki terror hücumunun məsuliyyətini tanınmayan respublikadakı daxili siyasi qüvvələrin üzərinə qoyur".

Bunu Moldova Prezidenti Maya Sandu aperlin 26-da keçirilən Ali Təhlükəsizlik Şurasının iclasının yekununa dair brifinqdə bildirib.

"Regionda sabitliyi pozmaqda maraqlı olan müxtəlif qüvvələr arasındakı münasibət gərginlik yaradıb. Bu, Dnestryanı bölgənin zəifləməsinə və Moldova Respublikası üçün risklərin yaranmasına səbəb olur. Biz sülhü təhlükə altına alan bütün təxribatları və Moldovanın fəaliyyətə cəlb olunması üçün cəhdləri mühakimə edirik”, - o vurğulayıb.

M.Sandu Dnestryanı problemin Moldovanın ərazi bütövlüyü əsasında dinc yolla həllinin tərəfdarı olduğunu xatırladıb.

Qeyd edək ki, aprelin 25-26-da Dnestryanı bölgədə silsilə partlayış olub./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ