7NEWS.az xəbər verir ki, Moldova iki moldovalı diplomatın Rusiyada vətənə xəyanət və sui-qəsd ittihamı ilə saxlanmasından sonra rusiyalı diplomatı deportasiya edib. Moldovanın verdiyi açıqlamada Rusiya səfirinin rəsmi etiraz etmək üçün Xarici İşlər Nazirliyinə çağırıldığı da qeyd edilib. Xarici İşlər Nazirliyinin bəyanatında , "Rusiya diplomatının Moldova ərazisində diplomatik statusu ilə bir araya sığmayan fəaliyyətlər həyata keçirdiyini göstərən məlumat və sübutlar əldə edilib”-deyilir.
Rusiyanın Kişinyovdakı səfiri Oleq Vasnetsov Moskva diplomatlarının ölkədən çıxarılmasını "qeyri-dost” davranış kimi qiymətləndirdiyini və Rusiyanın Moldovanın bu addımına cavab verəcəyini bildirib.
Kişinyovun Avropayönlü siyasət yeritməsi və Moskvanı regionda sabitliyi pozmaqda ittiham etməsi ilə Rusiya ilə Moldova arasında münasibətlər kəskin şəkildə pisləşib.
7NEWS.az








