RU
Moldovada koronavirusdan ölənlərin sayı 54-ə çatdı
11:36
202

Moldovada koronavirusdan ölənlərin sayı 54-ə çatdı


Moldovada daha 1 nəfər COVID-19 qurbanı olub.

"Report” xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Viorika Dumbrevyanu deyib.

"Təəssüf ki, bu günədək 54 ölüm halı qeydə alınıb. Ötən gün 41 nəfər xəstəxanadan evə buraxılıb, ümumilikdə 276 nəfər sağalıb”, - nazir bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 184 000-i ötüb. Bunların 553 227 nəfəri sağalıb, 146 898 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ