RU
Moldovada yeni qalmaqal — Prezident aparatındakı Aİ bayrağı endirildi
20:00
361

Moldovada yeni qalmaqal — Prezident aparatındakı Aİ bayrağı endirildi

Moldovada yeni qalmaqal baş verib.

Prezident aparatının binasındakı Avropa İttifaqının bayrağı endirilib.

Moldova prezidenti İqor Dodon fəaliyyətə başlayan kimi prezident aparatının binasındakı Aİ bayrağı endirilib.

Hadisə yeni seçilən prezident Dodonun keçirəcəyi ilk mətbuat konfransından əvvəl baş verib. Aparat binasında Moldova bayrağının yanında dalğalanan Aİ bayrağı çıxarılıb.

Hadisəyə reaksiya göstərən Liberal Partiyasının bir qrup deputatı Aİ bayrağını yenidən binanın girişinə asıb. Amma bir müddət sonra Aİ bayrağı yenidən endirilib.

Prezidentin mətbuat xidmətinin rəhbəri İon Çeban bildirib ki, Dodon prezident kimi konstitusiyanın təminatçısıdır və ölkəni qanunlar çərçivəsində idarə edir. Bundan sonra Moldova prezident aparatının qarşısında ancaq Moldova bayrağı dalğalanacaq./olke.az

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ